Məzmuna keç

Dubaydan Təl-Əvivə uçan daha bir təyyarə geri döndü – Nə baş verir?

Dubaydan Təl-Əvivə uçan daha bir təyyarə geri dönüb və BƏƏ-yə qayıdır.

Bu barədə “Flightradar24” məlumat yayıb.

Xidmətin məlumatına görə, təyyarə hazırda Səudiyyə Ərəbistanı səmasındadır.

Çərşənbə günü Dubaydan Təl-Əvivə uçan “FlyDubai” təyyarəsi təcili vəziyyət siqnalı verib və qısa müddət sonra Səudiyyə Ərəbistanında eniş edib.

Daha sonra aviaşirkət təyyarədə insidentin baş verdiyini təsdiqləyib.