Məzmuna keç

Tramp əsl niyyətini rəsmən açıqladı: Üçüncü dəfə prezident olmağa layiqəm

ABŞ prezidenti Donald Tramp 2020-ci il seçkilərində qələbədən “məhrum edildiyi” üçün namizədliyini irəli sürmək “hüququna” malik olduğuna əmindir.

Tramp Su-Folsedə çıxış zamanı ABŞ Konstitusiyasına 22-ci düzəlişə işarə edərək deyib:

“Düşünürəm ki, qanun bunu nəzərdə tutur – 100% əmin deyiləm – amma inanıram ki, qanun mənim yenidən namizədliyimi irəli sürməyimi qadağan etmir. Mən bu qaydaya baxdım… Onlar fırıldaq etdilər. Onlar seçkiləri saxtalaşdırdılar. Onlar (Demokratlar) həmin seçkiləri saxtalaşdırdılar.

İnanıram ki, yenidən namizəd olmaq hüququm var, çünki onlar seçkiləri saxtalaşdırdılar”.

Tramp əvvəllər dəfələrlə üçüncü müddətə namizədliyini irəli sürmək ehtimalına işarə etmişdi, lakin sonradan belə bir ehtimalı qəti şəkildə rədd etmişdi.