Məzmuna keç

Məşhur müğənninin konsertləri təhlükədə: Biletlər satılmır

Rusiyanın Xalq artisti Larisa Dolinanın bu ilin sonunadək konsertlərini ləğv edə biləcəyi iddia olunur.

Prodüser Pavel Rudçenko “aif.ru”ya açıqlamasında müğənninin çıxışlarına əvvəlki marağın qalmadığını bildirib. Belə ki, zəif bilet satışları səbəbindən konsertlər baş tutmaya bilər:

“Artıq əvvəlki kimi onu əllər üstündə gəzdirmirlər. Ola bilsin, konsertlərin ləğvi məhz biletlərin zəif satılması ilə bağlıdır”.

Qeyd edək ki, bir müddət əvvəl müğənninin konsert fəaliyyətini dayandırdığı və planlaşdırılan beş çıxışını ləğv etdiyi məlum olub. Dolina qərarı özünün verdiyini təsdiqləyib, lakin səbəbləri açıqlamayıb.(Axşam.az)