ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensin İrana dərman və digər zəruri ləvazimatların çatdırılmasını təklif etdiyini açıqlayıb.
Tramp bu barədə Vaşinqton yaxınlığındakı “Endryus” hərbi bazasında jurnalistlərə danışıb.
Onun sözlərinə görə, Vens İrana yardım göstərilməsi ilə bağlı fikrini soruşub, Tramp isə buna razılıq verib. O bildirib ki, İranın dərman və digər ləvazimatlarla bağlı yardıma ehtiyacı var. Məqsəd səhhətində problem olan insanları zəruri vasitələrlə təmin etməkdir.
“The Wall Street Journal” daha əvvəl Vensin Trampın göstərişi ilə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezaiyə məktub göndərdiyini yazmışdı. Nəşrin məlumatına görə, məktub Tehran və Vaşinqton arasında mümkün danışıqların perspektivini aydınlaşdırmaq məqsədi daşıyıb.










