Tramp dərman qiymətlərinin aşağı salınması ilə bağlı müqavilə İMZALADI
ABŞ Prezidenti Donald Tramp “Pfizer” əczaçılıq şirkəti ilə razılaşma əsasında ölkədə dərman qiymətlərinin əhəmiyyətli dərəcədə aşağı salınacağını açıqlayıb.
“Xəbərsiz” Qərb mediasına istinadən xəbər verir ki, bu barədə Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında danışıb.
“Pfizer komitəsi reseptlə yazılan bütün dərmanları Medicaid-ə təqdim edəcək (aztəminatlı vətəndaşlar üçün sağlamlıq sığortası). Həmçinin ən populyar mövcud dərmanlardan bəzilərini bütün istehlakçılara 50%-dən 100%-ə qədər dərin endirimli qiymətlərlə təklif etməyə razılaşıb” – deyə dövlət başçısı qeyd edib.
Dünyanın digər ölkələrində oxşar dərmanların çox daha münasib qiymətlərlə satıldığını, ABŞ-da isə dərman qiymətlərinin yüksək olduğunu qeyd edən Tramp böyük istehsalçılarla çalışaraq dərman qiymətlərini aşağı salmağa davam edəcəklərini bildirib.
Prezident həmçinin əlavə edib ki, “TrumpRx” adlı yeni dərman satışı saytı fəaliyyətə başlayacaq və bununla da vətəndaşlar öz dərmanlarını endirimlə ala biləcəklər.
İntiqam İsa





