Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

ABŞ-da 35 il əvvəl qətl törədən şəxs edam edilib!

Reklam728 × 90

ABŞ-nin Florida ştatında 35 il əvvəl törətdiyi qətlə görə 64 yaşlı kişi edam edilib.

“Xəbərsiz” “NBC News”a istinadən xəbər verir ki, bu il ölkədə edam edilənlərin sayı 34-ə yüksəlib, ilin sonuna qədər ən azı daha səkkiz edamın olacağı gözlənilir.

Məlumata görə, Viktor Toni Cons 1990-cı ildə iş yerində quldurluq zamanı ev sahiblərini bıçaqlayaraq öldürüb. Hadisə yerində ağır yaralanaraq tutulan Cons 1993-cü ildə iki dəfə birinci dərəcəli qətl və silahlı soyğunçuluqda günahkar bilinərək ölüm cəzasına məhkum edilib.

Qeyd edək ki, Cons Florida cəzaçəkmə müəssisəsində öldürücü inyeksiya ilə edam edilib.

İntiqam İsa

Reklam728 × 90