Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi olub, 370 hərbçi azad edilib

Reklam728 × 90

Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi həyata keçirilib.

“Xəbərsiz” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya Kiyevə 185 ukraynalı hərbçini qaytarıb. Əvəzində Ukrayna tərəfi də Moskvaya 185 rusiyalı hərbçini təhvil verib.

Bundan əlavə, mübadilə çərçivəsində 20 dinc sakin də geri qaytarılıb.

Rusiyalı hərbçilərin və mülki şəxslərin Belarusda olduğu, onlara lazımi psixoloji və tibbi yardımın göstərildiyi bildirilib.

Reklam728 × 90