HƏMAS Trampdan əlavə vaxt istədi
HƏMAS ABŞ Prezidenti Donald Trampın Qəzzada atəşkəslə bağlı təklifini qəbul etmək üçün əlavə istəyib.
“Xəbərsiz” AFP-yə istinadən xəbər verir ki, bu barədə HƏMAS sözçüsü bildirib.
Qeyd edək ki, Tramp HƏMAS-a müharibəyə son qoymağa yönəlmiş planı qəbul etmək üçün üç-dörd gün vaxt vermişdi.
Dünya gücləri, o cümlədən ərəb və müsəlman ölkələri bu təklifi müsbət qarşılasa da, HƏMAS-ın planla bağlı sualları meydana çıxıb.
Qrupun siyasi büro üzvü Məhəmməd Nazzal planın narahatlıq doğuran sahələri ehtiva etdiyini və təşkilatın mövqeyinin qısa zamanda açıqlanacağını bildirib.
KİV-in məlumatına görə, bir sıra fələstinli qruplar Trampın zəmanəti ilə dərhal atəşkəsə üstünlük verərək planın qeyd-şərtsiz qəbul edilməsini dəstəkləyib. Bu qruplaşmaların radikal liderləri qrupun tərksilah edilməsi və Qəzzadan çıxarılması ehtimalını rədd edib.
Əgər HƏMAS məskunlaşma planını qəbul etməzsə, ABŞ bu qruplaşmanın fiziki olaraq məhv edilməsində İsrailə dəstək verməyi planlaşdırır.
İntiqam İsa





