Taylandın Baş naziri pilot oldu: Orqanları təyyarəsində daşıdı
Taylandın baş naziri Anutin Çarnvirakul transplantasiya proqramı çərçivəsində orqanları şəxsi təyyarəsi ilə daşıyıb.
“Xəbərsiz” xəbər verir ki, baş nazir pilot olaraq orqanı Banqkokdakı Çulalonqkorn Xəstəxanasına çatdırıb.
İki buynuz qişa, ürək, qaraciyər, mədəaltı vəzi və böyrək də daxil olmaqla transplantasiyaların yeddi xəstə üçün ümid olduğu bildirilib.
Qeyd edək ki, ötən ay Taylandın Baş naziri vəzifəsini icra etməyə başlayan 58 yaşlı Anutin Çarnvirakul 2014-cü ildə təsis etdiyi “Qanadlı Ürək” proqramı vasitəsilə on ildən artıqdır orqan transplantasiyası uçuşları ilə məşğul olur.
Son 10 ildə Anutin kiçik, özəl təyyarələrdən istifadə edərək, orqan transplantasiyası ilə bağlı xəstələrə 200-dən çox xəstəyə köməklik göstərərək 80-dən çox təcili uçuş həyata keçirib. Anutinin rəhbərlik etdiyi “Qanadlı Ürək” orqan nəqli proqramı ictimai marağa səbəb olub və həmçinin Milli Təcili Tibb İnstitutu və Tayland Qırmızı Xaç Cəmiyyətindən mükafatlar alıb.
İntiqam İsa





