Appendisit ağrısı ilə xəstəxanaya getdi - Uşaq dünyaya gətirdi
İngiltərənin Börnli şəhərində Appentisid şübhəsi ilə xəstəxanaya yerləşdirilən 26 yaşlı qadın hamilə olmamasına baxmayaraq, uşaq dünyaya gətirib.
“Xəbərsiz” xarici mətbuata istinadən xəbər verir ki, bu cür hadisəyə görə həkimlər təəccübləniblər.
Belə ki, bir neçə gün öncə hamiləlik testinin mənfi çıxdığını bildirən gənc qadın vəziyyəti təsdiqləmək üçün başqa xəstəxanaya gedib.
Onun doğumu təcili yardım maşınında baş verib və gənc qadın inamsız olduğunu deyib.
Vaxtından əvvəl doğulmuş körpə nəfəs almağı dayandırıb, lakin xoşbəxtlikdən qısa müddət sonra körpə təcili tibbi yardım işçiləri tərəfindən həyata qaytarılıb.
Təcili yardımın müalicəsinin ardından körpə reanimasiya şöbəsinə aparılıb və doğuşdan 16 gün sonra sağlam şəkildə evə buraxılıb.
Həm körpənin, həm də ananın vəziyyətinin stabil olduğu bildirilib və gənc qadın doğuş zamanı heç bir simptom və ya fiziki dəyişiklik yaşamadığını söyləyərək hələ də buna inana bilmədiyini bildirib.
Qeyd edək ki, nadir hadisə həkimləri heyrətə salıb və körpə “kiçik möcüzə” adlandırılıb.





