Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun düşmən işğalından azad edilməsinin 102-ci ildönümü münasibətilə İstanbul valiliyinə təbrik məktubu göndərib.
“Xəbərsiz” bildirir ki, Ərdoğan Qurtuluş Savaşının vətənini canından üstün tutan, qəhrəmanlıqları ilə tarixə düşən bütün şəhid və veteranların misilsiz fədakarlıqları sayəsində qələbə ilə başa çatdığını vurğulayıb.
O, aşağıdakıları qeyd edib:
“Belə bir mübarək anlayışla qədim sivilizasiyamızın irsinə söykənən Cümhuriyyətimizi əldə etdiyi nailiyyətlərlə qoruyub yaşatmaq, çağdaş sivilizasiyalar səviyyəsinə yüksəltmək, yeni nailiyyətlərlə daha da gücləndirərək gələcəyə daşımaq üçün böyük əzmlə çalışmalarımızı davam etdiririk. Bu inamla Qurtuluş Döyüşümüzün bütün qəhrəmanlarını hörmət və rəhmətlə yad edirəm. İstanbulun qürurverici gününü bir daha qeyd edir, bütün vətəndaşlarımızı ən səmimi hisslərimlə salamlayıram”.
İslam İman







