Fransada siyasətçilər Prezident Emmanuel Makronu istefaya çağırıb.
“Xəbərsiz” xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.
Siyasi fiqurlar Baş nazir Sebastyan Lekornyunun istefası fonunda ölkənin siyasi xaosda olduğunu və bunun əsl səbəbkarının Emmanuel Makron olduğunu iddia edirlər.
Qeyd edək ki, Fransa Baş naziri Sebastyan Lekornyu bu gün istefa verib.
O, bir aydan az müddət vəzifədə qalıb.







