Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Slovakiya Ukraynaya hərbi yardım paketini açıqlayıb

Reklam728 × 90

Robert Fitsonun hakimiyyətə qayıdışından sonra Slovakiya hökuməti ilk dəfə Ukraynaya yeni hərbi yardım paketi göndərəcəyini açıqlayıb.

“Xəbərsiz” “İnterfaks-Ukrayna” agentliyinə istinadən xəbər verir ki, bu paketi Kiyevdə keçirilən Beynəlxalq Müdafiə Sənayesi Forumunda baş nazirin müavini və müdafiə naziri Robert Kalinyak elan edib.

“Mən çox şadam ki, nazir Şmıqalla mən Slovakiyanın Ukraynaya mühəndislik və minalardan təmizləmə yardımı göstərməsini nəzərdə tutan 14-cü yardım paketinə dair memorandum imzalamışıq”, – Kalinyak bildirib.

O, həmçinin qeyd edib ki, Kiyevdəki danışıqlar zamanı müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün mümkün layihələri müzakirə edəcək.

Kaliniak həmçinin bildirib ki, Slovakiyanın baş naziri Robert Fiko ilə Ukrayna prezidenti Zelenski arasında keçirilən son görüşdə müdafiə sahəsində əməkdaşlıq qarşıdan gələn hökumətlərarası görüşün əsas mövzularından biri kimi qeyd edilib.

İntiqam İsa

 

Reklam728 × 90