Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Tramp Nobel Sülh Mükafatını qazana bilərmi?

Reklam728 × 90

ABŞ prezidenti Donald Trampın səbirsizliklə gözlədiyi gün yaxınlaşır. Nobel Sülh Mükafatı cümə günü veriləcək. Beləliklə, Tramp dəfələrlə layiq olduğunu iddia etdiyi sülh mükafatını ala bilərmi? Tramp ilk prezidentliyindən bəri Nobel Sülh Mükafatına layiq olduğunu iddia edib. Son zamanlar fikrini sübut etmək üçün bitirdiyi müharibələrdən bəhanə kimi istifadə edir.

Ekspertlər deyirlər ki, Trampın Nobel Sülh Mükafatını qazanmaq şansı o, İsrailin Qəzzada törətdiyi qırğınları dəstəklədiyi üçün zəifdir. Bəs, Nobel komitəsi Sülh Mükafatını hansı meyarlara əsasən verir? Mükafat İkinci Dünya Müharibəsindən bəri dörd əsas sahədə göstərilən səyləri qiymətləndirir.

Bunlara silahlara nəzarət və tərksilah, sülh danışıqları, demokratiya və insan haqları və daha yaxşı təşkil edilmiş, daha dinc dünya yaratmağa yönəlmiş səylər daxildir.

Tramp daha əvvəl Nobel Sülh Mükafatına namizəd göstərilsə də, qalib gələ bilməyib. Əsəbiləşən Tramp komitəni saxtakarlıqda ittiham edib.

Xəbərsiz

Reklam728 × 90