Ermənistanın Dövlət Sərhəd Xidmətinin sbiq rəisi Vardan Arutyunyanın həbs müddəti bir ay uzadılıb.
“Xəbərsiz” bu barədə Ermənistan KİV-ə istinadla xəbər verir.
Qeyd edək ki, sabiq yüksək vəzifəli məmur sahibkarlıq fəaliyyətində qanunsuz iştirakda, rəqabətə zidd fəaliyyətdə, çirkli pulların yuyulmasında ittiham olunur. İş, qeyd etdiyimiz kimi, hələ 2018-ci ildə başlanıb.İttihama görə, hakimiyyət dəyişikliyinə qədər Dövlət Gəlirləri Komitəsinə məxsus gömrük binasında “kriminal” “Norfolk Consulting” şirkətinə yer ayrılıb və onun fəaliyyətinə şərait yaradılıb.
İslam İman







