Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Ağdaşda avtomobil iki bacını vuraraq öldürüb

Reklam728 × 90

Ağdaşda yol qəzasında ölən şəxslərin bacı olduqları məlum olub.

Xebersiz.az xəbər verir ki, hadisə oktyabrın 7-də Ağdaş rayonunun Əmirarx kəndi ərazisində baş verib.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili yolu keçmək istəyən iki qadını vurub. Onlar aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Ölən bacılar 1976-cı il təvəllüdlü Ramazanova Sədaqət və 1978-ci il təvəllüdlü Soltanova Elnarə Astara rayonunun Giləkəran kənd sakinləri olublar. Bacılar həkim qəbuluna gedirmişlər.

Onlar doğulduqları Astara rayonunun Giləkəran kəndində dəfn olunublar.

Reklam728 × 90