Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

“Nobel Sülh Mükafatını Trampa verin” – Netanyahunun ofisindən ÇAĞIRIŞ

Reklam728 × 90

İsrail hökuməti Nobel Sülh Mükafatının ABŞ Prezidenti Donald Trampa verilməsinə çağırış edib.

“Xəbərsiz” xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti X-də süni intellektlə yaradılmış foto paylaşıb.

Şəkildə Netanyahunun boynunda böyük medalyon taxan Trampın yanında dayandığı təsvir edilib.

“Prezident Trampa Nobel Sülh Mükafatını verin, o buna layiqdir” – deyə fotonun altında bu sözlər yazılıb.

Qeyd edək ki, İsrail prezidenti İsak Hersoq da oxşar çağırış edərək, Trampa Nobel Sülh Mükafatı verilməsini təklif edib.

İntiqam İsa

Reklam728 × 90