Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

“Təyyarəmizin qəsdən vurulduğunu heç vaxt demədik” – Deputat

Reklam728 × 90

Keçən ilin dekabırnda AZAL-a məxsus təyyarənin Rusiya hava məkanında vurulması Azərbaycan Rusiya münasibətlərində soyuqluq yaratmaq istəyən qüvvələri üçün bir fürsət oldu.

Bu sözləri “Xəbərsiz”ə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirir ki, biz, təyyarəmizin qəsdən vurulduğunu heç vaxt demədik. Azərbaycan sadəcə belə hallar zamanı  hər bir suverən dövlətin görməli hərəkətləri Rusiyadan tələb etdi. Amma Solovyov, Simonyan, Mardan, Zatulin vəs.  Bu fürsəti özlərinə meydan seçdilər və iki ölkə arasında siyasi münasibətlərdə gərginliyi dərinləşdirməyə çalışdılar.

“Onların bütün cəhdləri ölkələrimiz arasındakı ticari-iqtisadi əməkdaşlığa heç bir xələl gətirə bilmədi. Cari ildə keçən ilə nisbətən iki ölkə arasındakı ticari-iqtisadi  əməkdaşlığındakı 16% artım ölkələrimiz arası münaisbətlərdə çatları yaratmaq istəyənlərin heç nəyə nail olunmadığını  bir daha göstərdi.  Dövlət başçılarımızın Düşənbədə baş tutmuş ikitərfli görüşdə siyasi iradəsinin qətiyyəti  bütün məsələlərə aydınlıq gətirilməsinə imkan verdi”, – deyə Plenari əlavə edib.

Onun sözlərinə görə, Rusiyanın dövlət başçısının görüşdə təyyarəmizlə bağlı baş vermiş insidentə ətraflı şəkildə şərh verərək üzr istənilməsi, məsuliyyətin üzərinə götürməsi, kompensasiyanın qısa zamanda ödəniləcəyi və hadsənin baş verməsinə səbəb olanların  hərəkətlərinə hüquqi qiymət veriləcəyini bildirməsi əsas gözləntimiz idi.

“Azərbaycan və Rusiya yaxın qonşu, çox inteqrasiya olunmuş və sıx əməkdaşlığa malik ölkələrdir.  Təbii ki, hər iki tərəf əlaqələrdəki inkişaf dinamikasını dəyərləndirərək qorumalı, qarşılıqlı hörmət və fayda əsasında münasibətlərə davam etdirməlidirlər”, – deyə Azər Badamov əlavə edib.

Ziyafət Əlisoy

Reklam728 × 90