Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Atəşkəsdən sonra Qəzzanın şimalına təqribən 200 min nəfər qayıdıb

Reklam728 × 90

Atəşkəs elan edildiyi andan etibarən, Qəzza zolağının şimalına təqribən 200 min nəfər qayıdıb.

 

“Xəbərsiz” xəbər verir ki, bu barədə “Sky News” Qəzzada HƏMAS-ın nəzarətində olan Mülki Müdafiə Agentliyinə istinadən məlumat yayıb.

 

Qeyd edək ki, İsrail və HƏMAS atəşkəs barədə razılığa gəliblər. Razılaşma oktyabrın 10-da İsrail qoşunlarının Qəzzadan qismən çıxarılmasından sonra qüvvəyə minib.

 

Sənədə əsasən, tərəflər döyüş əməliyyatlarını tamamilə dayandırmağı, girov və məhbusların mübadiləsinin aparılması üçün təhlükəsiz şəraiti təmin etməyi öhdələrinə götürüblər.

Reklam728 × 90