Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Daha bir cüdoçumuz Perudakı turnirdə bürünc medal qazanıb

Reklam728 × 90

Azərbaycanın daha bir cüdoçusu Perunun paytaxtı Limada keçirilən Qran-pridə medal qazanıb.

Ömər Rəcəbli (81 kq) bürünc mükafata sahib çıxıb.

O, üçüncü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Mixaylo Svidraka qalib gəlib.

Qeyd edək ki, daha əvvəl Əhməd Yusifov (60 kq) gümüş, Könül Əliyeva (48 kq), Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kq) bürünc medal qazanıblar.

Reklam728 × 90