Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Qəzzada tarixi gün! Girovların dəyişdirilməsi başlayır…

Reklam728 × 90

İsrailli məhbusların ilk partiyası Həmas tərəfindən Qırmızı Xaça təhvil verilib. 

“Xəbərsiz” bildirir ki, israilli məhbusların təhvil verilməsindən sonra fələstinli məhbusların azad edilməsi nəzərdə tutulur.

ABŞ prezidenti Donald Trampın da səhər saatlarında İsrailə gələcəyi və baş nazir Benyamin Netanyahu ilə birlikdə israilli məhbusların ailələri ilə görüşəcəyi gözlənilir.

Trampın həmçinin İsrail parlamentində çıxışı və daha sonra Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək beynəlxalq sülh sammitində iştirak etməsi planlaşdırılır.

Əli Hacı 

Reklam728 × 90