Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Tramp İsrailin ən yüksək mülki mükafatı ilə təltif olunacaq

Reklam728 × 90

İsrail prezidenti Yitzhak Hersoq ABŞ prezidenti Donald Trampı ölkənin ən yüksək mülki mükafatı olan “Prezident Medalı” ilə təltif edəcəyini açıqlayıb.

“Xəbərsiz” bildirir ki, Tramp Qəzzadakı girovların azad edilməsində oynadığı rola və müharibənin dayandırılmasına verdiyi töhfəyə görə ölkənin ən yüksək mükafatını alacaq.

“Prezident Tramp yorulmaz səyləri ilə nəinki yaxınlarımızın evə qayıtmasına kömək etdi, həm də Yaxın Şərqdə təhlükəsizliyə, əməkdaşlığa və dinc gələcəyə həqiqi ümidə əsaslanan yeni dövrün əsasını qoydu”, – deyə Hersoq bildirib.

Əli Hacı 

Reklam728 × 90