Məzmuna keç

“Rusiya Suriya ilə münasibətlərində həmişə Suriya xalqının maraqlarını rəhbər tutur”

Moskva Dəməşqlə münasibətlərində həmişə Suriya xalqının maraqlarını rəhbər tutub.

“Xəbərsiz” bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin Suriyanın müvəqqəti lideri Əhməd əl-Şaraa ilə görüşündə deyib.

“Rusiya heç vaxt Suriyaya siyasi şərait və ya xüsusi maraqlar əsasında yanaşmayıb. Bütün bu onilliklər ərzində biz yalnız Suriya xalqının maraqlarını rəhbər tutmuşuq”, – deyə Putin vurğulayıb.

Rusiya liderinin sözlərinə görə, Moskvanın Suriya xalqı ilə güclü, həqiqi əlaqələri var:

“Demək kifayətdir ki, yüzlərlə, bəlkə də minlərlə insanı dostluq və evlilik bağlayır”.

Əli Hacı