Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Fatma Hüseynova vəfat edib

Reklam728 × 90

Məhşur pambıq ustası, Sosialist əməyi qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin (IX çağırış, XI çağırış), SSRİ Ali Sovetinin (X çağırış) deputatı olmuş Fatma Rza qızı Abdullayeva 86 yaşında vəfat edib.

 

“Xəbərsiz” APA-ya istinadən xəbər verir ki, o bu gün səhər saatlarında dünyasını dəyişib.

 

Qeyd edək ki, o, 1939-cu ildə Sabirabad rayonunda anadan olub.

 

2002-ci ildə iqtisadiyyat və dövlət idarəçiliyi sahələrində böyük xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. 2017-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə görə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub.

Reklam728 × 90