Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Putin Venesuela ilə strateji tərəfdaşlıq haqqında müqaviləni ratifikasiyaya təqdim edib

Reklam728 × 90

Rusiya prezidenti Vladimir Putin Venesuela Bolivar Respublikası ilə strateji müttəfiqlik və əməkdaşlıq haqqında müqaviləni ratifikasiya üçün Rusiya Dövlət Dumasına təqdim edib.

“Xəbərsiz” bildirir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

“Bununla Rusiya Federasiyası ilə Venesuela Bolivar Respublikası arasında 2025-ci il mayın 7-də Moskva şəhərində imzalanmış strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında müqaviləni ratifikasiya etməyə qərar verirəm”, – deyə Dumanın elektron məlumat bazasında dərc olunan sənəddə deyilir.

Müqavilə iki ölkə arasında siyasi və iqtisadi sahələrdə, o cümlədən enerji, təbii sərvətlər, nəqliyyat və kommunikasiyalar, eləcə də təhlükəsizlik, terrorizm və ekstremizmlə mübarizə sahələrində qarşılıqlı fəaliyyəti və əməkdaşlığı gücləndirir.

İslam İman

Reklam728 × 90