Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Rusiya Ukrayna ordusunun təlim bölməsinə raket zərbəsi endirib, ölən və yaralananlar var

Reklam728 × 90

Rusiya Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının təlim bölməsinə iki ballistik raketlə zərbə endirib.

“Xəbərsiz” xəbər verir ki, bu barədə “Cənub” əməliyyat komandanlığı sosial şəbəkələrdə məlumat yayıb.

Hücum nəticəsində ölənlər və yaralananlar var. “Səhər saatlarında Rusiya Ukraynaya, xüsusilə də Quru Qoşunlarının arxa cəbhədə yerləşən təlim bölmələrindən birinin ərazisinə iki ballistik raketlə kütləvi zərbə endirib”, – məlumatda qeyd olunur.

Reklam728 × 90