Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi

Reklam728 × 90

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

Bu barədə “Xəbərsiz” ADY-yə istinadən xəbər verir.

Bakıdan Ağdama gedən reys səhər saat 07:10-da yola düşəcək. Ağdamdan Bakıya qayıdan reys isə 18:20-da hərəkət edəcək.

“Bu marşrut üzrə 8 və 9 noyabr tarixlərində iki istiqamətdə səfər edə bilərsiniz. Bayrağımızın qürurla dalğalandığı Qarabağa getmək üçün biletinizi dəmiryol kassalarından, saytımızdan və “ADY Mobile” tətbiqindən elə indi alın”, – məlumatda qeyd edilib.

Reklam728 × 90