Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Macarıstanın xarici işlər naziri Polşanın Putinin həbsi ilə bağlı xəbərdarlığına cavab verib

Reklam728 × 90

Macarıstanın xarici işlər naziri Peter Siyarto Polşanın xarici işlər naziri Radoslav Sikorskinin Rusiya prezidenti Vladimir Putinin mümkün həbsi ilə bağlı bəyanatlarına kəskin reaksiya verib.

“Xəbərsiz” bildirir ki, Siyarto “Şimal axını 2” qaz kəmərinin partlaması hadisəsini xatırladıb.

“Sikorski Polşanın baş naziri Donald Tuskun göstərişi ilə “Şimal axını 2” qaz kəmərini partladan terrorçunu ekstradisiya etməkdən imtina edən müstəqil məhkəməni nəzərdə tutur!?”, – deyə o, sosial mediadakı paylaşımında yazıb.

Əli Hacı

Reklam728 × 90