Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

“Taxtakörpü” su anbarında meyit tapıldı

Reklam728 × 90

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə “Taxtakörpü” su anbarında 1 nəfərin meyitinin müşahidə olunması barədə məlumat daxil olub.

“Xəbərsiz” FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Reklam728 × 90