Rusiya və Hindistan dəniz yolu ilə neft tədarükü sahəsində əməkdaşlığı genişləndirəcəklər
Rusiya və Hindistan hazırda neft və neft məhsullarının dəniz yolu ilə daşınması sahəsində əməkdaşlığın genişləndirilməsinə yönəlmiş hökumətlərarası saziş hazırlayırlar.
“Xəbərsiz” xəbər verir ki, bunu Rusiyanın energetika naziri Sergey Tsivilyov TASS agentliyinə müsahibəsində bildirib.
“Daşımaların etibarlılığını artırmaq üçün biz neft və neft məhsullarının dəniz yolu ilə çatdırılmasında əməkdaşlığı genişləndirmək üçün Rusiya-Hindistan hökumətlərarası sazişi hazırlayırıq”, – deyə o, bildirib.
Əli Hacı





