Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Britaniyalı jurnalist ABŞ-də HƏBS EDİLDİ

Reklam728 × 90

ABŞ immiqrasiya orqanları (ICE) britaniyalı jurnalist və şərhçi Sami Həmdini saxlayıb.

“Xəbərsiz” bildirir ki, Daxili Təhlükəsizlik Katibinin köməkçisinin müavini Tricia McLaughlin X-də Həmdinin vizasının ləğv edildiyini və onu deportasiya etmək planlarının hazırlandığını yazıb.

“Terrorçuluğu dəstəkləyən və milli təhlükəsizliyə təhdid edənlərin ölkəyə səfərinə və işləməsinə icazə verilmir”, – deyə bəyanatda əlavə edilib. 

Açıqlamaya görə, Həmdi ABŞ-da danışıq turunda olub. O, bazar günü səhər (yerli vaxtla) San Fransisko Beynəlxalq Hava Limanında ICE agentləri tərəfindən saxlanılıb.

ABŞ-İslam Əlaqələri Şurası (CAIR) açıqlamasında Həmdinin danışma turu üçün ABŞ-da olduğunu yazıb.

Həbsə səbəb Həmdinin İsrail hökumətinin Qəzzadakı hərəkətlərini tənqid etməsi olub

Böyük Britaniya Müsəlmanlar Birliyi də Britaniya hökumətini Həmdiyə diplomatik yardım göstərməyə çağırıb.

İslam İman

Reklam728 × 90