Rusiya və Vyetnam iki ölkə arasında əlaqəni artırmaq üçün Çin və Monqolustan əraziləri vasitəsilə dəmir yolu əlaqəsi yaratmaq üzərində işləyirlər.
“Xəbərsiz” bildirir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
“Çin və Monqolustan vasitəsilə Vyetnamla dəmir yolu əlaqəsinin yaradılması ideyası həyata keçirilir. Bütün bunlar iki xalqımız arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir”, – Overçuk bildirib.
O əlavə edib ki, daha səmərəli əməkdaşlığı təmin etmək üçün Rusiyanın Uzaq Şərq və Vyetnam limanları arasında əlaqələrin yaxşılaşdırılması istiqamətində də işlər aparılır.
Baş nazirin müavini qeyd edib ki, Moskva ilə Hanoy arasında energetika sahəsində əməkdaşlıq ardıcıl olaraq qalır.
Əli Hacı







