Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

“Macarıstan Rusiya-ABŞ sülh danışıqlarına ev sahibliyi etməyə hazırdır” – Macarıstan XİN

Reklam728 × 90

Macarıstan istənilən vaxt Rusiya və ABŞ arasında Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlara ev sahibliyi etməyə hazırdır.

“Xəbərsiz” xəbər verir ki, bunu Macarıstanın Xarici İşlər naziri Peter Szijarto jurnalistlərə açıqlamasında bildirib.

“Macarıstan istənilən vaxt ABŞ və Rusiya arasında sülh danışıqlarına ev sahibliyi etməyə hazırdır. Keçən həftə ABŞ-da apardığım danışıqlar zamanı mənə aydın oldu ki, amerikalılar sülh sammitinin mümkünlüyünü istisna etməyiblər. Sülh sammiti nəzərəçarpacaq nəticələr verəcək və bunun sayəsində sülh nəhayət Mərkəzi Avropaya qayıda bilər”, – Sijarto mətbuat konfransında deyib.

“Beləliklə, amerikalılar sülh sammitinin keçirilməsi imkanından əl çəkməyiblər. Hazırlıqlar tam sürətlə gedir. Suallar vaxt və potensial nəticələrlə bağlıdır”, – diplomat əlavə edib.

Əli Hacı

Reklam728 × 90