İsrail Yaxın Şərqin ən güclü gücünə çevrilib.
“Xəbərsiz” bildirir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
O vurğulayıb ki, İsrail regionda güc və çəkindirmə balansını tamamilə dəyişib.
“Bu gün İsrail Yaxın Şərqin ən güclü gücü hesab olunur. Biz bütün çəkindirmə və güc balansını dəyişmişik. Biz buna xalqımızın, əsgərlərimizin, komandirlərimizin bütün təhlükəsizlik qollarında səbri və verdiyimiz düzgün qərarlar sayəsində nail olduq”, – deyə o, bildirib.
İslam İman







