İndoneziya sahillərində Banda dənizində 6,4 bal gücündə zəlzələ qeydə alınıb.
“Xəbərsiz” bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 355 min nəfərə yaxın insanın yaşadığı Ambon şəhərindən 388 km cənub-şərqdə yerləşib.
Zəlzələ 144 km dərinlikdə hiss olunub.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
İslam İman







