Bu gün səhər saat 04:45 radələrində Xəzər rayonunun Binə qəsəbəsində “Çinar Trans” MMC-yə məxsus 160 nömrəli marşrut avtobusu yanıb.
“Xəbərsiz”in məlumata görə, BMC markalı nəqliyyat vasitəsi tamamilə yanaraq yararsız hala düşüb.
Hadisə zamanı avtobusda sərnişin olmayıb.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, avtobusun yanar hissələri yanıb, lakin ətraf ərazi yanğından qorunub.
Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mövzu ilə bağlı Avtomobil Yolları Nəqliyyat Agentliyindən bildiriilib ki,
29.10.2025-ci il tarixində 04:45 radələrində Mərdəkan şosesi Binə qəsəbəsi yaxınlığında “Çinar Trans” MMC-nin istismarında olan 160 nömrəli marşrutda 99-JK-966 DQN-li avtobusda qarajdan başlanğıc dayancağa (sərnişin olmadan) gedərkən mühərrikdə yaranan nasazlıq səbəbindən alovlanma baş verib.
Alovun qarşısı alınıb. Xəsarət alan yoxdur.
Ziyafət Əlisoy




