Qərb ölkələri Avrasiyada mövcud təhlükəsizlik tendensiyalarına qarşı çıxır, regiondan öz mənfəətləri üçün istifadə etməyə çalışırlar.
“Xəbərsiz” bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Aleksandr Trofimov deyib.
Avrasiya təhlükəsizliyi üzrə Üçüncü Minsk Beynəlxalq Konfransı çərçivəsində keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tədbirində o qeyd edib:
“Biz Qərbin, daha doğrusu Qərb NATO üzvlərinin bizim təsdiq etdiyimiz Avrasiya təhlükəsizlik tendensiyalarına qarşı olduğunu görürük. Həmçinin Qərbin Cənubi Qafqaz və Mərkəzi Asiyadan öz xeyrinə istifadə etməyə çalışdığını görə bilərik”.
Trofimov əlavə edib ki, Qərb bu cür hərəkətlərlə Avrasiya boyu həssas təhlükəsizlik və müdafiə sahələrində birbaşa qarşılıqlı əlaqələri, eləcə də ticarət və humanitar əlaqələri formalaşdırmağa çalışır.
Əli Hacı







