Xəbər verdiyimiz kimi, Estoniyanın müdafiə naziri Hanno Pevkur təklif edib ki, Avropa İttifaqı bir ölkədən digərinə sursatın sürətlə tədarükünə imkan verəcək “hərbi Şengen” zonası yaratmalıdır.
O, bildirib ki, Aİ həmçinin, məsələn, miqrasiya böhranı zamanı edildiyi kimi, birgə maliyyələşdirmə və satınalma yolu ilə üzv dövlətlərə yardımın göstərilib-göstərilməməsi ilə bağlı qərar qəbul edə bilər.
Mövzunu “Xəbərsiz”ə şərh edən Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirir ki, Avropa birliyi iqtisadi birlikdir. Birmənalı olaraq o, hərbi məsələlərə yalnız siyasi münasibət bildirə bilər. Onlar hərbi planlaşdırma ilə birmənalı şəkildə məşğul olmur.
“Onsuz da NATO-nun nizamnaməsinə görə, NATO üzvü olan ölkələrin birinə hərbi müdaxilə olarsa, onda NATO bütün potensialı ilə həmin ölkəni müdafiə etməyə çalışır”, deyə plenari bildirib.
Onun sözlərinə görə, onların hərbi birlik daxilində planlaşdırma, praqnozlaşdırma və yaxud da ki, yarana biləcək hər hansı stuasiya ilə bağlı özlərinin planları var. Mümkündür ki, Estoniyanın etdiyi təklif sadəcə o planlara bir əlavədir. Bu, artıq NATO daxilində həll ediləsi bir məsələdir.
Ziyafət Əlisoy




