Millimizə yeni baş məşqçi TƏYİN OLUNDU
Su polosu üzrə Azərbaycan milli komandası yeni baş məşqçi təyin olunub.
“Xəbərsiz” xəbər verir ki, komanda xorvatiyalı Qoran Sabliçə həvalə olunub.
Otuz ildən artıq beynəlxalq təcrübəyə malik olan Qoran Sabliç bu illər ərzində Xorvatiya, İran, Türkiyə, Küveyt, Yaponiya, Braziliya, Səudiyyə Ərəbistanı, Fransa, Yeni Zelandiya, Zimbabve və İsveçrə kimi ölkələrdə çalışıb.
Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin





