Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Sosial şəbəkələrdə endirimli saxta onlayn xarici dil kursu təşkil edən şəxs saxlanılıb

Reklam728 × 90

Sosial şəbəkələrdə endirimli onlayn xarici dil kursu təşkil edəcəyinə dair elan yerləşdirərək dələduzluq edən 27 yaşlı Azər İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.

“Xəbərsiz” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, A.İsmayılov təsisçisi olduğu “iamzerv academy”-nin sosial şəbəkə hesabında real dəyərindən qat-qat aşağı qiymətə kurslar təşkil etdiyi ilə bağlı elan paylaşıb. Daha sonra zərərçəkənlər 50-600 manat aralığında pul vəsaitlərini şəxsin kartına köçürüblər. Saxlanılan şəxs pulları ələ keçirəndən sonra zərərçəkənlərlə əlaqəni kəsib.

 

Hazırda Polis İdarəsində araşdırmalar davam etdirilir.

Reklam728 × 90