Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Bəzi yerlərdə leysan yağır – Faktiki hava

Reklam728 × 90

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir.

“Xəbərsiz” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yağıntılar ayrı-ayrı yerlərdə leysan xarakterli intensivdir.

Düşən yağıntının miqdarı Neftçalada 17, Bakıda və Abşeron yarımadasında 16, Cəlilabadda 9, Lerikdə 7, Biləsuvarda 6, Şirvan, Yardımlı, Lənkaran, Astara, Xaçmaz, Qobustanda 2, Daşkəsən, İmişli, Altıağac, Şamaxı, İsmayıllı, Şəmkir, Kürdəmir, Sabirabadda 1 mm-dək qeydə alınır.

 

Sumqayıt, Daşkəsən, Şəmkir, Naftalan, Şamaxı, Qobustan, Xaltan, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Reklam728 × 90