Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Kafedə xuliqanlıq: Bakalı tanışının başına çırpdı

Reklam728 × 90

Balakən rayonunda yerləşən kafelərin birində xuliqanlıq hadisəsi qeydə alınıb.

Bu barədə “Xəbərsiz”ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Polisə müraciət edən zərərçəkmiş aralarında yaranmış mübahisə zamanı tanışı Vasif adlı şəxsin bakalı onun başına vuraraq xəsarət yetirdiyini bildirib.

 

Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 40 yaşlı Vasif Məmmədov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Reklam728 × 90