Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Bu xidmətlərdən istifadə edənlər də ƏDV ala biləcək

Reklam728 × 90

Bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə “ƏDV geri al”maq mümkün olacaq.

“Xəbərsiz” xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.

Reklam728 × 90