"ABŞ-ın Venesuelaya potensial işğalı asan addım olmayacaq"
ABŞ Venesuelaya qarşı planlaşdırılmış hərbi əməliyyata başlasa, “asan gediş” olmayacaq böyük müqavimətlə üzləşəcək.
“Xəbərsiz” xəbər verir ki, bunu Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının Hüquq və Milli Təhlükəsizlik İnstitutunun hərbi eksperti Aleksandr Stepanov TASS-a açıqlamasında bildirib.
“ABŞ-nin Venesuelaya qarşı hərbi əməliyyatı Bolivar Respublikasının hazırkı administrasiyası və suverenliyi üçün ekzistensial təhlükə yaradacaq və bu, asan gediş olmayacaq”, – ekspert ABŞ-ın regionda hərbi güclənməsini və Karakasın müdafiə qabiliyyətini şərh edərkən deyib.
Onun sözlərinə görə, Venesuela ordusu Rusiya istehsalı olan “Su-30MK” döyüş təyyarələri, Çinin gəmi əleyhinə raketləri və İranın sürətli qayıqlardan ibarət “ağcaqanad donanması” da daxil olmaqla, ABŞ Hərbi Dəniz Qüvvələrinə ciddi zərbə vura biləcək silah sistemlərinə malikdir.
Əli Hacı





