Almaniya Ukraynaya yardımın həcmini artırmağı planlaşdırır
Almaniya hökuməti gələn il Ukraynaya dəstəyini 11,5 milyard avrodan çox artırmaq niyyətindədir.
“Xəbərsiz” bildirir ki, bu, ölkənin Rusiya təcavüzündən müdafiəsinə kömək edəcək.
Məlumata görə, bu məbləğ Bundestaqın Büdcə Komitəsində 2026-cı ilin büdcə layihəsinin yekun müzakirəsinə çıxarılacaq Maliyyə Nazirliyinin təklifində nəzərdə tutulub.
Hökumət mənbələri keçən həftə əlavə vəsaitin artilleriya, pilotsuz təyyarələr və zirehli maşınlara, həmçinin iki Patriot hava hücumundan müdafiə sisteminin dəyişdirilməsinə ayrılacağını bildiriblər.
İslam İman





