SON DƏQİQƏ! Bakıda sərnişin avtobusu yanır – VİDEO
Trampdan İlham Əliyevə xüsusi dəvət – Təcili
“Arzum” məhkəmə zalından HƏBS EDİLDİ
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Fitnes məşqçisi Sara Əliyeva mukafata layiq görülüb
17 Avqust 2026
Rəvan Qarayevin “Məktub yazıram” adlı ilk solo konserti keçirilib
17 Avqust 2026
Hüquqşünas yoxsa saxtakar? Xəyal Məmmədov kimdir?
15 Avqust 2026
Əsas/Elm və təhsil/AMEA Bakıdan köçürülür?
Elm və təhsil

AMEA Bakıdan köçürülür?

Xəbərsiz Media
15 İyul 2026

Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə bəzi dövlət müəssisələrinin paytaxtdan kənara köçürülməsi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Bu qurumlardan biri də Azərbaycan Milli Elmlər Akademiyasıdır (AMEA).

Paytaxtın elmi mərkəzi hesab olunan, yerləşdiyi əraziyə və metro stansiyasına adını verən akademiyanın yer dəyişməsi bir epoxanın sonu təəssüratını yaradır.

AMEA-nın Bakıdan köçürülməsi onun nüfuzuna və beynəlxalq əməkdaşlıqlarına təsir göstərə bilərmi?

“Bakupost” xəbər verir ki, AMEA-nın həqiqi üzvü, akademik Nizami Cəfərov Bizim.Media-ya açıqlamasında dünya təcrübəsində də elm və təhsil ocaqlarının şəhər mərkəzlərindən uzaqlaşdırılmasının çoxdan mövcud olduğunu bildirib:

“Bəzi ölkələrdə bu tipli tarixi binalarda daha çox administrativ idarəçilik davam etdirilir. Tədqiqat və tədris işləri üçün kənarda daha əlverişli və geniş mühit yaradılır.

AMEA-nın, eləcə də universitetlərin sabah daha uyğun bir yerdə yerləşdirilməsi üçün imkan yaradılacaqsa və belə bir qərar qəbul ediləcəksə niyə də olmasın?

Elmlər Akademiyasını məşhurlaşdıran onun binası yox, öz nüfuzudur. Bina şərti mənada nüfuz emblemi, simvolu ola bilər. Amma bütövlükdə söhbət binanın özündən deyil, fəaliyyətindən gedir. Bina hər yerdə var. Əsas onun işi, uğurları, əməkdaşlığıdır. Bizim elm və təhsilimizdə dünyaya inteqrasiya sürətlə gedir, kifayət qədər ciddi uğurlarımız da var”.

Akademik onu da vurğulayıb ki, bəzi universitetlərin filialları digər şəhər və rayonlarda artıq mövcuddur:

“Hələlik bu filialların səviyyəsinin mərkəzdəki kimi yüksək olmasını demək çətindir. Əlbəttə, problemlər var. Bunu danmaq olmaz. Amma əgər ümumi bir mərkəzləşmə olacaqsa, onda təbii ki, səviyyə də yüksələcək. Çünki adətən adlı-sanlı alimlər, böyük mütəxəssislər bölgələrdə az təmsil olunurlar. Elmlər Akademiyasının və nüfuzlu universitetlərin özü bölgələrə gedəcəksə, onda təmsilolunma səviyyəsi də xeyli artacaq. Həm də indiki müasir informasiya-kommunikasiya texnologiyaları şəraitində mərkəzlə bölgələr arasında prinsipcə fərq yoxdur. Yəni regionlarımızda da elm və təhsil ocaqlarımız kifayət qədər məhsuldar çalışa bilərlər”.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Gündəm17 Avqust 2026

Sara Əliyeva mukafata layiq görülüb

Mədəniyyət17 Avqust 2026

Rəvan Qarayevin “Məktub yazıram” adlı ilk solo konserti keçirilib

Gündəm15 Avqust 2026

Hüquqşünas yoxsa saxtakar? Xəyal Məmmədov kimdir?

Hadisə15 Avqust 2026

Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA

Dünya15 Avqust 2026

Ukrayna ordusu Rusiyada bu mərkəzi “Flaminqo” ilə vurdu

Dünya15 Avqust 2026

84 yaşlı tanınmış şair DƏNİZDƏ BOĞULDU

Cəmiyyət15 Avqust 2026

Azərbaycanda 13 yaşlı qız atasının dostundan hamilə qaldı

Cəmiyyət15 Avqust 2026

Azərbaycanda həyat yoldaşının soyadını götürən kişilərin SAYI AÇIQLANDI

Gündəm12 Avqust 2026

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

Dünya12 Avqust 2026

Türkiyədə F-16 qəzaya uğradı

Həmçinin oxu

Elm və təhsil

Tibb Universitetində təhsil haqları aşağı salındı - 1500 manat...

No Comment
27 baxış
Elm və təhsil

Abituriyentlərin nəzərinə: Universitet seçərkən bu səhvi etməyin! 

No Comment
291 baxış
Elm və təhsil

Keçid balı 150, maaşı 3 min manatdır...

No Comment
2.6K baxış
Elm və təhsil

DİM bu imtahaların nəticələrini elan etdi

No Comment
111 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Fitnes məşqçisi Sara Əliyeva mukafata layiq görülüb
Hüquqşünas yoxsa saxtakar? Xəyal Məmmədov kimdir?
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA
İqtisadiyyat
AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
Azərbaycan əhalisinin sayı artdı

Bölmələr üzrə

Baxış bucağı 809
Cəmiyyət 2192
Dünya 1268
Elm və təhsil 377
Gündəm 1276

Bütün müəllif hüquqları qorunur - 2026