SON DƏQİQƏ! Bakıda sərnişin avtobusu yanır – VİDEO
Trampdan İlham Əliyevə xüsusi dəvət – Təcili
“Arzum” məhkəmə zalından HƏBS EDİLDİ
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Fitnes məşqçisi Sara Əliyeva mukafata layiq görülüb
17 Avqust 2026
Rəvan Qarayevin “Məktub yazıram” adlı ilk solo konserti keçirilib
17 Avqust 2026
Hüquqşünas yoxsa saxtakar? Xəyal Məmmədov kimdir?
15 Avqust 2026
Əsas/Baxış bucağı/Bir günün nağılı
Baxış bucağı

Bir günün nağılı

Xəbərsiz Media
31 May 2026

“Bu gün bizim için böyük ve manalı bi gündür, arkadaşlar

Uyumayın

Ladies and gentlemen, this is” our essay. Please read…

Yəqin, xatırladınız. Son zamanların mahnısıdır. Emre Fel felin bir çox şəklində oxuduğu, səs və geyim tərzilə Barış Mançonu xatırladan ifası. İndi mən yarıyuxulu halda evdən çıxıram. Və bu ifa xrüstal stəkana dəyən qaşığın çıxartdığı səs kimi qulağımda cingildəyir. Qarşıda uzun bədənli, qısa ayaqlı, nazik tüklü itin qulaqbatıran zingildisi duyulur. Axşamkı yağışdan sonra yaranan bulanıq gölməçədə toplu şəkildə boz sərçələr görünür. Civilti zingildiyə qarışır. Xor effekti yaranır. Qarğanın köntey səsinə diksinirəm. Eləbil boğazında nəysə ilişib qalıb. Görürəm ki, məndən fərqli təbiət daha canlıdır. Bu canlılığa bircə dirijor çubuğu çatmır. Halım da yoxdur ki, yerdən qurumuş çubuq götürüb onlara yön verim. Halım bir yana, heç qəti şəkildə vaxt da yoxdur. Çünki, bizim saat 8-in yarısında fakültə ilə görüşümüz var, eşidirsinizmi? Səkkizin yarısında… Və biz bu böyük görüşə tələsirik…

Səhər məni silkələyib yerimdən qaldıran əl yuxulu və düşüncəli halıma yenidən sığal çəkir, sanki addımlarımı iri atım deyə kürəyimdən itələyir.

Ancaq düşüncələr məni qəti rahat buraxmır. Heç narahat da etmir. Əhməd Cəmilin “Yenə düşür yadıma ömrün ötən günləri” misrası beynimdən keçir. Gözümün önünə birinci kursda oxuduğum illər gəlir. O zamankı həyəcanı yenidən yaşayıram…

Hazırladığım ilk yazımı xatırlayıram “Bax: Ayxan İbişov, “5 ilin yekunu, yaxud 1 gündən sürreal reportaj”, “Moderator.az”). Addımbaşı bugünkü görüşümüzü necə təsvir etməyə çalışacağımı elə yol boyunca beynimdə götür-qoy edərək düşünürəm.

Beləcə, düşüncələr qanadında doğma Bakı Dövlət Universitetinin önünə çatıram. Müəllimlərimi görürəm. Sərdar Əsədzadə və Kənan Novruzovla görüşürəm. Zaur Babayev, Samir Xalidoğlu, Arzu Məmmədovanın isti və səmimi tərzi havanın tutqunluğuna işıq salır. Hava isə elə hey qaş-qabaqlıdır.

Artıq avtobusumuz yola düşüb. Nədənsə maqnitofonun bultuzu işləmir. Şirin söz-söhbətlə yolumuz daha maraqlı keçir. Rus və ingilis bölməsinin tələbələri — Bartu Kamal və qrup yoldaşlarının şən əhvali-ruhiyyəyə köklənən söhbətləri, ürəkdən deyib-gülməkləri yolumuza gözəllik qatır. Ən gözəli isə müəllim-tələbə birliyindən doğan doğmalıqdır. Bizi isə qarşıda İsmayıllı adlı cənnət gözləyir…

Ziyalı, bir o qədər də səmimi müstəvidə başlayan səfərimizin, demək olar ki, bir saatı geridə qalır. Həyat öz axarında, ömür isə öz avtobusunda yeni bir mərhələyə can atır. Yolunu tapıb işə saldığımız maqnitofonda ardıcıl olaraq müxtəlif repertuarda musiqilər səslənir, sanki konservatoriyadasan. Qəribədir ki, ötən illərdəki səfərlərdən fərqli olaraq yolboyu milli və bəstəkar mahnıları bir-birini əvəzləyir. Tələbələrin musiqi zövqü adamı heyrətə gətirir. Normal günlərdə bu saatda yuxulu, həmçinin istəksiz olan beyin və bədəni bu gün xüsusi bir ahəng bürüyür.

​Pəncərədən çölə baxdıqda hələ də yaşıl olan dağlar, buludlu səma və yenicə sünbül açmış zəmilər insanda böyük bir ümman təəssüratı yaradır. Nədənsə bu gün təbiət xüsusi bir gözəlliyə bürünüb. Doğrudur, yuxarıda da qeyd etdiyimiz və Bakıda olduğu kimi yenə də hava tutqundur. Ancaq biz bu tutqunluqda arabir avtobus pəncərələrinə düşərək ritmik ahəng yaradan damlaları lacivərd səmanın sevinc gözyaşlarına bənzədirik. Sanki təbiət bizim səfərimizə sevinib ağlamaq istəyir, amma hələ də özünü saxlaya bilir. İçəridə isə tam başqa bir ab-hava hökm sürür. Artıq maqnitofonu dinləyicilər üçün hazır vəziyyətə gətirmişik. Arxa oturacaqlarda, ənənəvi olaraq, tələbələr əyləşib və öz aralarında deyib-gülürlər. Bəziləri kiçik videoqeydlər apararaq bu günü tarixə həkk edir, bir müddət sonrası üçün xatirə anı hazırlayır.

​Ön oturacaqlarda isə nümunəvi olaraq müəllimlər əyləşib, fikir mübadiləsi aparır, düşüncələrini bölüşürlər. Bu günü xüsusi edən və əsas söhbətlərin ana xəttini təşkil edən məqam Samir Xalidoğlunun əslən üz tutduğumuz İsmayıllı, Zaur Babayevin Şamaxı şəhərlərindən olmasıdır. Bizim üçün gözəl təbiəti, təmiz havası və əzəmətli dağları olan Qafqazın üç oğullarından Ağsu, Şamaxı, İsmayıllı müəllimlərimiz üçün məxsusi bir önəm daşıdığını duyuruq. ​Və bütün bunlar öz axarında davam edərkən, artıq Şirvanın gözü, şeirlərin sözü, tarixin özü və böyük mədəniyyətin beşiyi, “Şam”ın qardaşı Şamaxıya ilk qədəmlərimizlə daxil oluruq… Özü də maraqlı bir təsadüflə.

Beləki, avtobusun maqnitofonunda musiqisi Ramiz Mustafayev, sözləri Fikrət Sadıq olan “Şamaxı” mahnısını qoşuram, ifanın nəqarəti tələbələrin müşaiyətilə canlılıq, yeni nəfəs qazanır:

Mehri salmışam axı,
Heyran olmuşam axı!
Qurban olum, Şamaxı,
Şamaxı, ay Şamaxı!

Elə bu anda Zaur Babayev mahnının səsini azaldır: “Əzizlərim, bu da Şamaxı, ay Şamaxı”, deyir. Gülüş səsləri eşidilir. Yüksək əhvalla yetişdiyimiz ünvana daxil oluruq. Halil İbrahim sofrası qurulur. Bu zaman süfrə başında milliliyimizin işartısı olan aşıq peyda olur. Bizi milli ruhlu saz havasıyla qarşılayır… Restoranda Şamaxı dağlarını əks etdirən, haradasa onuncu əsrin əvvəllərini bildirən tablo diqqətimizi çəkir. Zaur Babayev tarixi reallıqdan — başımıza gələn dağıdıcı zəlzələdən danışır. Vaxtilə onun ulu babasının mədrəsə müəllimi — təbiətşünas olmasından söz açır. Həmin dövrlərdə dağa səyahətə apardığı şəyirdlərin gözləri önündə baş verən zəlzələnin şəhəri yerlə-yeksan etməsi, min çətinliklə müəllim şagirdlərini Bakıya gətirməsi, beləcə böyük xeyriyyəçi Tağıyevin himayəsinə sığınması faktları isə hər kəsdə heyrət doğurur. Burada bir gerçəklik görünür: demək ki, Zaur Babayev təşkilatçılıq bacarığı, tələbə-müəllim dostluğunu qurmaq, bu bağı möhkəmləndirmək qabiliyyəti, bir sözlə xarakterindəki canyanğılılıq genetik kodlar üzərindəymiş.

Beləcə, Şamaxıdan İsmayıllıya doğru yolumuz davam edir. Samir Xalidoğlu yolboyu İsmayıllının tarixi kəndləri, “Şahdağ Milli parkı”, “Ögey ana” filmindən məşhur İsmayılın itburnu topladığı yeri, Səməd Vurğunun Talıstan kəndindən ilhamlanaraq eyniadlı poemasını qələmə almasını, rus yazıçısı, dramaturq Maksim Qorkinin vəsf etdiyi İvanovka, Musa Yaqub ruhunun yaşadığı Buynuz, təbiətinin şəfaverici xüsusiyyətlərilə seçilən İstisu kəndlərini bizlərə tanıdır. Bu andaca yada yenə də Əhməd Cəmil yaradıcılığından bircə bəndlik şeir düşür:

Ey Vətən, ana Vətən,
Heyranam sana, Vətən!
Dupduru göllərin var,
Yamyaşıl çöllərin var.

 

Bu səfərin unudulmayacaq tərəfi Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin magistrantı — çinli tələbəmiz Susannanın İsmayıllıya, daha dəqiq bizim görüşümüzə gəlməsi oldu. Özü də əliboş deyil, adınalayiq tortla. Öyrənirik ki, Susanna həm də müəllimimiz Arzu Məmmədovanın tələbəsi imiş.

Yavaş-yavaş səfərimizin sonuna yaxınlaşırıq. Günəşli, yağışlı, bəzən sakit, bəzən küləkli günümüzün yaddaşına rayon ağsaqqallarından olan, İllərlə pedaqoji fəaliyyət göstərən, məsul vəzifələrdə çalışan, politoloq Balakişi Xudiyevin də adı yazılır. Balakişi müəllim səfər sonuna yaxın təcrübəsinə əsaslanaraq bildirir ki, yağışda çətinlik çəkməyək deyə, vaxt itirmədən yola düşməliyik. Səfər yekunlaşır. Gəldiyimiz kimi də yola düzəlirik. Amma bizi yağış deyil, öz şöləsini Vətənin göylərindən yayan günəş yola salır… Bununlada nağılabənzər görüşümüz sona çatır. Göydən 3 bərəkət düşür: yağış damlası, günəş şəfəqi, bir də ayın işığı…

Ayxan İbişov
Əsgər İsmayılov

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Gündəm17 Avqust 2026

Sara Əliyeva mukafata layiq görülüb

Mədəniyyət17 Avqust 2026

Rəvan Qarayevin “Məktub yazıram” adlı ilk solo konserti keçirilib

Gündəm15 Avqust 2026

Hüquqşünas yoxsa saxtakar? Xəyal Məmmədov kimdir?

Hadisə15 Avqust 2026

Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA

Dünya15 Avqust 2026

Ukrayna ordusu Rusiyada bu mərkəzi “Flaminqo” ilə vurdu

Dünya15 Avqust 2026

84 yaşlı tanınmış şair DƏNİZDƏ BOĞULDU

Cəmiyyət15 Avqust 2026

Azərbaycanda 13 yaşlı qız atasının dostundan hamilə qaldı

Cəmiyyət15 Avqust 2026

Azərbaycanda həyat yoldaşının soyadını götürən kişilərin SAYI AÇIQLANDI

Gündəm12 Avqust 2026

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

Dünya12 Avqust 2026

Türkiyədə F-16 qəzaya uğradı

Həmçinin oxu

Gündəm

Hüquqşünas yoxsa saxtakar? Xəyal Məmmədov kimdir?

No Comment
259 baxış
Baxış bucağı

Niyə gündə 5 dəfə..? - Ziyafət Əlisoy yazır

No Comment
855 baxış
Baxış bucağı

Mətbuatımızın 151-ci ilinə kiçik qeydlər - Əsgər İsmayılov yazır

No Comment
167 baxış
Media

Milli mətbuat xalqın yaddaşı, cəmiyyətin vicdanıdır... - Qəvami Sadıqbəyli yazır

No Comment
122 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Fitnes məşqçisi Sara Əliyeva mukafata layiq görülüb
Hüquqşünas yoxsa saxtakar? Xəyal Məmmədov kimdir?
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA
İqtisadiyyat
AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
Azərbaycan əhalisinin sayı artdı

Bölmələr üzrə

Baxış bucağı 809
Cəmiyyət 2192
Dünya 1268
Elm və təhsil 377
Gündəm 1276

Bütün müəllif hüquqları qorunur - 2026