Məzmuna keç

Bu ərazilərdə qar yağacaq – XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında fevralın 23-də əsasən gecə və axşam saatlarında, 24-də bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

“Xəbərsiz” bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.