Məzmuna keç

Ermənistanda hərbçi partlayış nəticəsində öldü

Ermənistanda hərbçi partlayış nəticəsində həyatını itirib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hadisə sentyabrın 24-də baş verib. Müqavilə əsasında xidmət edən D.K. hələlik müəyyən edilməyən şəraitdə baş verən partlayış nəticəsində ölüb.

Hadisənin bütün hallarının müəyyənləşdirilməsi məqsədilə araşdırma başlanıb.

Qeyd edək ki, 2026-cı ilin əvvəlindən Ermənistan Silahlı Qüvvələrində 13 hərbçinin ölümü qeydə alınıb. Onlardan 5-i müddətli həqiqi hərbi xidmət keçənlər olub.

Orduda baş verən ölüm halları fonunda intizam, nizamnamədənkənar münasibətlər və şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti ilə bağlı məsələlər yenidən gündəmə gəlib.