Fransa və Böyük Britaniya ilk dəfə birgə nüvə zərbəsi ssenarisini məşq ediblər. Təlimlərdə Fransanın “Rafale” qırıcılarına Britaniyanın “Typhoon” təyyarələri də qoşulub.
Bu barədə Fransanın Silahlı Qüvvələr Nazirliyi məlumat yayıb.
Fransanın müdafiə naziri Ketrin Votren bildirib ki, hər iki ölkənin öz nüvə qüvvələrinə malik olması onların bu sahədə fəaliyyətlərini əlaqələndirməsinə mane olmur.
Nazirin sözlərinə görə, Paris və London arasında nüvə sahəsində əməkdaşlıq getdikcə dərinləşir. Britaniya qırıcılarının Fransanın nüvə təlimlərində ilk dəfə iştirakı bu əməkdaşlıqda mühüm mərhələ olub.










